Polşalı hərbçi Belarusdan siyasi sığınacaq istəyib.
SİA xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
Belə ki, ötən gün “Tuşemlya” sərhəd zastavasında Belarus sərhədçiləri Polşa Silahlı Qüvvələrinin hərbçisi, 1996-cı il təvəllüdlü hərbçini saxlayıblar.
Qeyd olunur ki, saxlanılan hərbçi ölkəsindəki miqrasiya böhranı ilə bağlı və qaçqınlara qarşı qeyri-insani rəftara görə Polşanın yürütdüyü siyasətlə razılaşmadığını bildirərək Belarusdan siyasi sığınacaq istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB