Rusiyaya aid “Bayden planı” AMERİKALI FƏALI QƏZƏBLƏNDİRİB

Rusiyaya aid “Bayden planı” AMERİKALI FƏALI QƏZƏBLƏNDİRİB

Amerikalı fəal Cek Posobets ölkə prezidenti Co Baydenin xarici siyasətini kəskin tənqid edib, onun fikrincə, Bayden ABŞ-ın Rusiya ilə münasibətlərini qəsdən korlayır. SİA xəbər verir ki, o bu barədə Twitter-də yazıb.

“Bayden administrasiyası öz daxilindəki uğursuzluqlarını ört-basdır etmək üçün Ukrayna ilə bağlı münaqişəni Rusiyanın üzərinə sırımağa çalışır”, deyə amerikalı faəl öz tvitində qeyd edib.

Bu paylaşımı hindistanlı jurnalist Abhijit Ayer-Mitra şərh edib. O qeyd edib ki, Amerika Demokratları mümkün olan “ən pis hədəfi” seçiblər.

“Müharibədə yalnız bir qayda var, heç vaxt Rusiyaya hücum etmə”, deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Qərbdə son vaxtlar Rusiyanın Ukrayna ərazisini işğal etmək “planları” barədə bəyanatlar tez-tez yayılır. Moskva dəfələrlə bunu təkzib edib və vurğulayıb ki, bu, heç kimi təhdid etmir və qoşunların ölkə daxilində hərəkəti heç kimi narahat etməməlidir. Kremldə qeyd edildiyi kimi, bu cür hücumlar Rusiya sərhədlərinə daha çox hərbi texnika və NATO qüvvələri yerləşdirmək üçün bəhanə kimi istifadə olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə