Malayziyada Yeni il şənliyi olmayacaq?

...“omikron” ştamına görə
Malayziyada Yeni il şənliyi olmayacaq?

Malayziya hökuməti koronavirusun “omikron” ştamının yayılması təhlükəsi ilə əlaqədar Yeni il tədbirlərini ləğv edib.

SİA xəbər verir ki, bu barədə Malayziyanın səhiyyə naziri Hayri Camaluddin bildirib.

Yeni il və Milad bayramı şərəfinə kiçik tədbirlər isə COVID-19 üçün testdən keçmək şərtilə təşkil edilə bilər. Qərar yerli həkimlər tərəfindən əvvəllər müəyyən edilmiş "omikron" ştamına iki yoluxma halı fonunda verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə