ABŞ Nümayəndələr Palatasının ilk hicablı müsəlman qadın deputatı İlhan Ömərin təqdim etdiyi “Beynəlxalq İslamofobiyaya Qarşı Qanun” layihəsi Nümayəndələr Palatasının Baş Assambleyasında 212 əleyhdə səsə qarşı 219 lehdə verilən səs ilə təsdiqlənib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Ömər, səsvermədən əvvəl etdiyi çıxışında: “Bizi irq, etnik, cins və ya dini zəmində bölünmüş görmək istəyənlər var, çünki bu, onların siyasi gündəmlərinə uyğun gəlir. Amma mən Amerika xalqının bütün fanatizm formalarına qarşı birləşməsinin vacibliyinə inanıram”.
Qanun layihəsi ABŞ Dövlət Departamenti tərkibində dünyada islamofobiya ilə mübarizə aparan bölmə yaradılmasını və xüsusi nümayəndə təyin edilməsini nəzərdə tutur. Yaxın günlərdə Senatın Baş Assambleyasında səsə qoyulması gözlənilən qanun layihəsi burada da qəbul olunarsa, ABŞ prezidenti Co Baydenin təsdiqinə təqdim ediləcək. Bayden qanun layihəsini dəstəklədiyini bildirib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB