ABŞ-ın əldə etdiyi üç əsas xarici siyasət uğuru

Ağ Ev AUKUS üçtərəfli razılaşmasını ilin uğuru hesab edir
ABŞ-ın əldə etdiyi üç əsas xarici siyasət uğuru

Ağ Evin sözçüsü Cen Psaki “Twitter” səhifəsində administrasiyanın il ərzində əldə etdiyi üç əsas xarici siyasət uğurunu sadalayıb.

SİA-nın məlumatına görə, Psaki Böyük Britaniya və Avstraliya ilə üçtərəfli müdafiə sazişini ilin ən böyük uğurlarından biri adlandırıb.

Onun fikrincə, bu nailiyyətlərdən biri ABŞ-ın beynəlxalq təşkilatlarda aparıcı rolunun bərpası və dövrün ən ciddi problemlərinin həllində irəliləyişə nail olmaq üçün dünya liderlərinin birləşməsi olub: “İkinci uğur ittifaqların bərpası, o cümlədən Avropa ilə ticarət mübahisələrinin həllidir”.

Psaki əlavə edib ki, ABŞ müdafiə məsələlərində Hind-Sakit okean regionunda müttəfiqləri ilə getdikcə daha çox əməkdaşlıq edir: “Hind-Sakit okean regionunda biz AUKUS kimi yeni platformalar hazırlamışıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə