Əfqanıstana daha bir milyon doza peyvənd göndərilir...

...humanitar yardımlar çərçivəsində
Əfqanıstana daha bir milyon doza peyvənd göndərilir...

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest ölkəsinin Əfqanıstana daha 1 milyon doza yeni növ koronavirus (Covid-19) əleyhinə peyvənd bağışlayacağını açıqlayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Tomas Uest şəxsi sosial media hesabından paylaşdığı açıqlamada: “ABŞ-nın Covid-19 Peyvəndlərinə Qlobal Giriş Proqramı (COVAX) çərçivəsində Əfqanıstana daha 1 milyon doza peyvənd bağışlanacaq. Beləliklə, bu il Əfqanıstana göndərilən peyvənd miqdarı 4,3 mln çatacaq”. Bu yardımın ABŞ-ın bu il Əfqanıstana etdiyi 474 milyon dollarlıq humanitar yardıma əlavə ediləcəyini ifadə edən West ölkəsinin Əfqanıstan xalqının yanında olduğunu, yardımların davam edəcəyini qeyd edib.

Xatırladaq ki, ötən həftə Çin Xalq Respublikası da Əfqanıstana Sinofarm şirkəti istehsalı olan 800 min doza peyvənd göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə