ABŞ donanması partlayan gəminin şəkillərini yaydı

ABŞ donanması partlayan gəminin şəkillərini yaydı

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəldiyini gördükdən sonra gəmidəki ekipaj hərəkətə keçib. Narkotik daşıdığı düşünülən gəmidən öncə tüstülər qalxıb daha sonra dəhşətli partlayış baş verib. SİA xarici mətbuata istinadən bildirir ki, Oman sahillərində yelkənli gəmilərin göyərtəsində saxladıqları əşyaları yandırdıqdan sonra narkotik alverində şübhəli bilinən beş iranlını xilas ediblər.

Hərbi Dəniz Qüvvələri Oman körfəzində üzən “Dhow” kimi tanınan gəminin havadan görüntüləri yayılıb.Hərbi Dəniz Qüvvələri yaxınlaşdığını görən şəxslər yük anbarına maye töküblər və bu, ola bilsin ki, yanğını gücləndirib. Sonra tüstü çıxıb və gəmi böyük bir partlayışla yellənib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə