Danimarka Ədliyyə Nazirliyi ölkədə 2015-ci ildən bəri məhbus sayının artması səbəbindən Kosovodan 300 həbsxana kamerasının icarəyə veriləcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, kameraların Danimarkadan deportasiya ediləcək məhbuslar üçün istifadə ediləcəyi bildirilib. Ədliyyə naziri Nik Haekkerup, qərarla bağlı verdiyi açıqlamada, “Hökumət, həbsxanaların lazımi bərpasına başladığına dair geniş bir razılaşma əldə etdi. 2025-ci ilə qədər həbsxanada min nəfərlik yer boşalacaq və bununla fəxr edirəm. Razılaşma ilə məcburi öhdəliyi öz öhdəmizə götürdüyünü bildiririk. Biz Kosovoda həbsxanaların kirayəsi ilə bağlı iş görülməsi ilə razıyıq və Danimarka həbsxanalarını həm qısa, həm də uzunmüddətli perspektivdə daha çox kamera ilə genişləndiririk” deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB