Venesiya Komissiyasının rəhbəri dəyişib

Venesiya Komissiyasının rəhbəri dəyişib

Venesiya Komissiyası bu ilin son iclasını keçirib.

SİA-nın xəbərinə görə, epidemioloji vəziyyət nəzərə alınaraq tədbir hibrid formada keçirilib.

İclasda Albaniya, Kipr, Macarıstan və Ukrayna ilə bağlı rəylər edilib.

Sessiya zamanı Komissiyanın prezidenti də dəyişib. Quruma 2009-cu ildən rəhbərlik edən Cianni Bukkikionu Kler Bazi Malori əvəz edib. Fransa Konstitusiya Şurasının üzvü olan Bazi Malorinin mandatı 2023-cü ildə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə