Fransa prezidenti Emmanuel Makron Donbassdakı münaqişənin qalıcı həllini tapmağa çağıraraq, Paris və Berlinin Normandiya formatı çərçivəsində bu istiqamətdə səylərini davam etdirdiyini qeyd edib. SİA xəbər verir ki, bu barədə Makron özünün "Twitter" səhifəsində yazıb.
"Biz Donbassdakı münaqişənin qalıcı həllini tapmalıyıq. Almaniya və Fransa Normandiya formatı çərçivəsində bununla bağlı vasitəçiliklərini davam etdirirlər", deyə Makron bildirib.
Xatırladaq ki, Ukrayna üzrə danışıqların Normandiya formatı 2014-cü ilin iyun ayından mövcuddur. Daha sonra müttəfiq qoşunlarının Normandiyaya desantının 70-ci ildönümünün qeyd edilməsi zamanı Almaniya, Rusiya, Ukrayna və Fransa liderləri ilk dəfə olaraq Donbassdakı münaqişənin həllini müzakirə ediblər. Bundan əvvəlki sammit 2019-cu il dekabrın 9-da Parisdə keçirilib. Son zamanlar müxtəlif səviyyələrdə tərəflər bu formatda qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB