Honq-Konq hökuməti baş icraçı Kerri Lam üzərində ülgüc olan məktubu aldığını və bu cür hərəkətlərə heç vaxt dözülməyəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, “hədələyici” məktub daxil olan poçtların müntəzəm yoxlanışı zamanı tapılıb. Məktub birbaşa Lama ünvanlanıb.
Bəyanatda məktubun məzmunu ilə bağlı əlavə məlumat verilməyib. Lakin "South China Morning Post" qəzetinin yazdığına görə, məktubda ülgüc var idi. Polis mənbələrində məktubun siyasi mesaj olduğu bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB