Hollandiyada koronavirus halların sayının artması və "Omikron" mutasiyası səbəbindən qismən bağlanma müddəti 1 ay uzadılıb. SİA xarici mətbuata istinadən bildirir ki, məktəblərin erkən bağlanması da daxil olmaqla, yeni il tətilləri boyunca Covid-19 məhdudiyyətləri uzadılacaq.
Hollandiyanın Baş naziri Mark Rutte qapanmaların 14 yanvar 2022-ci ilə qədər davam edəcəyini bildirib. Koronavirusun "Omikron" mutasiyası ilə bağlı “narahat və təmkilnli olmaq üçün kifayət qədər vacib səbəbdir” açıqlamasını verən Rutte məktəblərin də 1 həftə tez tətilə çıxacağını qeyd edib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB