Aİ və İngiltərənin Rusiyaya xəbərdarlığı

Aİ və İngiltərənin Rusiyaya xəbərdarlığı

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri xəbərdarlıq ediblər ki, “Rusiyanın Ukraynaya qarşı aqressiv mövqeyinin ciddi nəticələri olacaq”.
SİA xəbər verir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell 2021-ci ilin sonuncu toplantısının sonunda müzakirə olunan mövzular barədə jurnalistlərə məlumatlandırıb.

“Rusiyanın hibrid müharibəsi dünyada təhlükə yaradır və dünyanın bir çox yerində qeyri-sabitliyə səbəb olur” deyən Borrell Rusiyanın Ukrayna sərhədində hərbi istehkamlar qurduğunu və Ukraynanın ərazi bütövlüyünü tam dəstəklədiklərini bildirib.

Borrell "Avropa İttifaqı nazirlərinin hamısının bu mövzuda düşüncələri dəqiqdir. Ukraynaya qarşı hər hansı təcavüzün Rusiya üçün siyasi nəticələri və yüksək iqtisadi qarşılığı olacaq. Biz bu məsələdə qlobal miqyasda transatlantik tərəfdaşlarımız və həmfikir ölkələrlə koordinasiyadayıq" deyib.

Borrell məsələnin dekabrın 16-da keçiriləcək Aİ Liderlər Zirvə toplantısında da müzakirə ediləcəyi barədə məlumat paylaşıb.

İngiltərənin Baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bəyan edib ki, Ukraynaya müdaxilə strateji səhv olacaq və ciddi nəticələrə gətirib çıxaracaq.
İngiltərə Baş nazirinin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, Conson Putinlə telefon danışığı aparıb.

Görüş zamanı Conson ölkəsinin Rusiya qüvvələrinin Ukrayna sərhədində yerləşdirilməsi ilə bağlı “dərin narahatlığını” ifadə edərək, gərginliyin azaldılması və daimi həll yollarının tapılması üçün diplomatik kanallar vasitəsilə işləməyin vacibliyini vurğulayıb.

İngiltərənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini vurğulayan Conson sabitliyi pozan istənilən addımın əhəmiyyətli nəticələrə səbəb olacaq strateji səhv olacağı barədə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə