Türkiyədə əcnəbilərə mənzil satışı noyabr ayında 2020-ci ilin müvafiq dövrünə müqayisədə 48,4% artaraq 7363-ə çatıb.
Türkiyə Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir. Komitənin hesabatına görə Türkiyədə noyabr ayında cəmi 178 min 814 ev satılıb. Bu dövrdə əcnəbilər 7 min 363 ev satın alıb. Noyabr ayında illik 48,4 faiz artım qeydə alınan Əcnəbilərə ev satışının ümumi ev satışlarında payı 4,1 faiz olub. Noyabr ayında xaricilərin ən çox ev satın aldıqları şəhərlər arasında İstanbul 2 min 922 mənzil sayı ilə ilk sırada iştirak edib. Bu vilayəti 1917 satışla Antalya, 428 satışla Ankara izləyib.
Yanvar-noyabr dövründə əcnəbilərə ev satışı əvvəlki ilin müvafiq dövrünə müqayisədə 39,4 faiz artaraq 50 min 735-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB