Əhalinin peyvənd edilməsi məqsədinə nail olunmayıb BMT BAŞ ASSAMBLEYASI

Əhalinin peyvənd edilməsi məqsədinə nail olunmayıb BMT BAŞ ASSAMBLEYASI

BMT Baş Assambleyası bildirib ki, dünya əhalini peyvənd etmək məqsədinə nail olmayıb. SİA xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sədri Abdulla Şahid mətbuat konfransında deyib.

O, qeyd edib ki, dünya 2021-ci ilin sonunadək əhalinin 40%-ni peyvənd etmək məqsədinə nail ola bilməyib. Assambleyanın sədri həmçinin əlavə edib ki, peyvəndlərin paylanmasında ədalətliliyə nail olmaq məqsədinə də çatmaq olmayıb.

"Bəli, ilin sonuna qədər 40%, gələn ilin ortalarına qədər isə 70% peyvənd etmək qarşıya məqsəd qoyulmuşdu. Məqsədlərə çatdıqmı? Xeyr çatmadıq", deyə Şəhid bəyan edib.

Xatırladaq ki, bu təşkilat daha əvvəl dövlətlərin 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-ni, 2022-ci ilin ortalarına qədər isə 70%-ni peyvənd etmək məqsədini açıqlamışdı. ÜST-nin məlumatına görə, noyabrın 25-nə olan tarixə qədər bütün dünyada 7,804 milyard doza vaksin vurulub. BMT həmçinin ÜST-ün məlumatlarına istinad edərək qeyd edib ki, 3,2 milyard insan tam peyvənd olunub, 4,15 milyard insan ən azı bir doza COVID-19 peyvəndi alıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə