Koronavirusun ortaya çıxdığı dövrdən onunla mübarizə aparan Çin “Omikron” mutasiyasına yoluxan ilk xəstəsini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Varşavadan Çinin Tianjin şəhərinə gələn bir adamda “Omikron” mutasiyası aşkar edilib. Ölkədə ilk hadisənin gənc polşalı qızda aşkarlandığı öyrənilib. Tianjin Yerli Sağlamlıq Komissiyasının direktoru Polşanın paytaxtı Varşavadan Çinin şimal-şərqindəki Tianjin şəhərinə gələn xəstənin qızdırmasının olmadığını və heç bir əlamət göstərmədiyini bildirib.
Gənc qızın səfərdən əvvəl Polşada etdiyi PCR testinin cavabı mənfi, uçuşdan sonra Çində etdiyi testinin cavabı isə müsbət çıxıb. Polşa Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, bu gün aparılan müayinədə virusun “Omikron” mutasiyası olduğu müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB