Yaponiyada qadın hamamlarına maskalanıb girən manyak nəhayət yaxalanıb. Tokio polisi aprel-oktyabr ayları arasında 4 fərqli qadın hamamında parik taxdığı və 11 gizli video çəkdiyi üzə çıxan 36 yaşlı Dasuke Suqayın həbs edildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hədəf olaraq Haçioji və Akişima bölgəsindəki hamamları seçdiyi öyrənilən şübhəlinin video çəkdirmək üçün smartfonundan istifadə etdiyi müəyyən edilib. Suqayın keçən oktyabr ayında bir qadına qarşı cinsi zorakılıq ittihamı ilə həbs olunduğu bildirilərkən, günahlandırılan şübhəlinin polisə verdiyi ifadəsində iddiaları rədd etdiyi bildirilib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB