Təlim zamanı vətəndaşı yaraladı

Təlim zamanı vətəndaşı yaraladı

Türkiyənin Ordu əyalətinin Altınordu kəndində atış təlimi zamanı hədəfə məşq edən Lami Aydın eyvanında gül sulayan həkim Aksın Serarslanın səhvən başından atəş açıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Güzelyalı məhəlləsində baş verib.

Aydın ifadəsində qeyd edib ki, “Hadisənin bu nöqtəyə gələcəyi ağlımın ucundan belə keçməzdi". Özəl xəstəxanada işləyən burun-boğaz üzrə mütəxəssis Aksın Serarslan yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Həyatı təhlükədə olan Serarslanın müalicəsi davam edir.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə