Cammu və Kəşmir ştatında polis avtobusuna hücum...

...ölənlər var
Cammu və Kəşmir ştatında polis avtobusuna hücum...

Hindistanın Cammu və Kəşmir ştatında polis avtobusuna hücum nəticəsində 2 nəfər həyatını itirib, 14 polis yaralanıb.

SİA xəbər verir ki, Cammu və Kəşmir ştatının Polis Baş İdarəsindən yayılan məlumata görə qiyamçılar paytaxt Şrinaqarda polisi işçiləri daşıyan avtobusa atəş açıb. Nəticədə 2 polis həyatını itirib, 14-ü yaralanıb. Hadisəni törədənlərdən birinin Şopian sakini, digərinin isə şəxsiyyəti məlum olmayan əcnəbi olduğu bildirilib.

Məlumata görə polis avtobusuna hücumdan əvvəl, Şrinaqarın Ranqret bölgəsindəki nəzarət-buraxılış məntəqəsində baş verən iki ayrı qarşıdurmada 2 qiyamçı zərərsizləşdirilib.

SİA-nın əlavəsi: Qeyd edək ki, əhalisi artıq 15 milyona çatan bu əyalət Hindistanın şimalında, Himalay dağları ərazisində yerləşir. Əyalət şərqdə ÇXR, cənubda Himaçal-Pradeş və Pəncab bölgələri, qərbdə və şimalda isə Pakistanla həmsərhəddir. Onu da bildirək ki, keçmiş Cammu və Kəşmir knyazlığının ərazisinə Hindistana tam və ya qismən "sahiblik" etsə də, məsələ bundadır ki, bu ərazilərə həm Pakistan, həm də Çin iddialıdırlar. Məsələn, Pakistan bu ərazilərin Hindistan tərəfindən işğal olunmuş ərazi hesab edir. Məsələ bundadır ki, bu gün Kəşmirin Pakistanın nəzarətində olan hissəsi Azad-Kəşmir və Gilgit-Baltistan adlandırılır.

Çin isə öz növbəsində əhalinin az məskunlaşdığı, lakin strateji əhəmiyyətli Aksayçin bölgəsini, eləcə də Ladaxdakı yüksək dağlıq ərazilərin bir hissəsini bu gün də nəzarətdə saxlamağa çalışır.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə