Almaniyanın Leypsiq şəhərində Türk-İslam Diyanət Birliyinə bağlı Eyüp Sultan məscidinə bərk əşyalar ataraq hücum edən 11 nəfər saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 100 nəfərlik solçu qrup Türk-İslam Diyanət İşləri Birliyinə (DİTİB) bağlı Hermann-Liebmann küçəsində yerləşən Eyüp Sultan məscidinə hücum edib. Sərt əşyalar ataraq məscidin şüşələrini sındıran maskalı nümayişçilər ətrafdakı maşınlara da ziyan vurub. Polislər tərəfindən istintaqın hələ də davam etdiyi bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB