4 uşaq yanğında həyatını itirib

4 uşaq yanğında həyatını itirib

Türkiyənin Esenyurt bölgəsində 4 mərtəbəli binanın zirzəmisində baş verən yanğında 4 suriyalı uşaq həyatını itirib. Yanğından son anda xilas edilən ana və övladı xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yanğınsöndürmə briqadalarının zirzəmidə apardığı araşdırma zamanı 4 cəsəd tapıblar. 6 nəfərin yaşadığı mənzildə baş verən yanğın zamanı ana Fatma Hammudunun 2 yaşlı Şakkur Hammudunu da götürüb, özlərini çölə atdıqları bildirilib. Yanğın zamanı xəsarət alan ana və uşağı xəstəxanaya aparılıb.

Qeyd edək ki, yanğınla bağlı araşdırmalar davam edir.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə