Kamerunun ingilisdilli regionundakı Buea şəhərində bomba partlayışı nəticəsində onlarla insan yaralanıb.
SİA xəbər verir ki, bu barədə yerli KİV bildirib. Məlumata görə, hücum sərginin keçirildiyi ərazidə separatçılar tərəfindən təşkil olunub.
Əldəqayırma partlayıcı qurğunun tətbiqi ilə törədilən terror aktı nəticəsində onlarla insan xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların dəqiq sayı açıqlanmır.
Hücuma görə məsuliyyəti “Buea Ghost Fighters” (“Bueanın kabus döyüşçüləri”) qruplaşması üzərinə götürüb.
Ölkədə etirazlar 2016-cı ildə hökumətin ingilisdilli cənub və şimal-qərb bölgələrindəki məktəblərə və məhkəmələrə ingilis dilini bilməyən müəllimlər və hakimlər təyin etdikdən sonra başlayıb.
Separatçı qruplar “Ambazoniya” adlı simvolik dövlətin yaradıldığını bildirərək ingilis dilini rəsmi dil elan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB