Prezidentlər Ukraynanı müzakirə ediblər

Prezidentlər Ukraynanı müzakirə ediblər
Finlandiya Prezidenti Sauli Niinistö ABŞ lideri Cozef Baydenlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

SİA xəbər verir ki, bu barədə Finlandiya dövlət başçısının dəftərxanası məlumat yayıb.

Məlumata görə, bu gün Finlandiya liderinin rusiyalı həmkarı Vladimir Putinlə də telefon danışığı planlaşdırılır.

“(Baydenlə-red) söhbətin əsas mövzusu Ukrayna sərhədlərində narahatlıq doğuran vəziyyət olub. Prezidentlər gərgin vəziyyətdən diplomatik çıxış yolu tapmaq üçün birgə işləməyi vacib hesab ediblər”, – məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB