Kütləvi tədbirlərlə bağlı məhdudiyyət tətbiq edilib

Kütləvi tədbirlərlə bağlı məhdudiyyət tətbiq edilib

Yoluxmalar kəskin artdığı üçün Argentinada kütləvi tədbirlərlə bağlı yeni məhdudiyyət tətbiq edilib.

SİA-nın xəbərinə görə, bu tip tədbirlər yalnız tam vaksinasiya kursu keçmiş şəxslər üçün açıq olacaq. Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Yanvarın 1-dən etibarən epidemioloji riski daha yüksək olan sahələrdə 13 yaşdan yuxarı hər kəsdən tam vaksinasiyaya dair sertifikat tələb olunacaq. Məhdudiyyətlər 1000-dən çox insanın iştirakı ilə keçirilən kütləvi tədbirlər, diskoteka və qrup halında turist səfərlərinə şamil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə