İran kriptovalyutası bazara çıxır

İran kriptovalyutası bazara çıxır

İran Mərkəzi Bankının sədri Əli Saleh Abadi İran kriptovalyutasının sınaq versiyasının tezliklə bazara çıxacağını bildirib.

SİA TRT telekanalına istinadən xəbər verir ki, o, bu barədə Tehranda keçirilən konfransda çıxış edərkən məlumat verib.

“Milli kriptovalyuta Mərkəzi Bankın gündəmindəki mühüm məsələlərdən biridir. Bununla əlaqəli infrastruktur hazırlanıb və lazımi təlimatlar veriləcək. Sınaq versiyası qısa müddətdə bazarlara çıxacaq”, – deyə Abadi bəyan edib.

Qeyd edək ki, İran güzəştli elektrik tariflərinə görə Çin, Rusiya, ABŞ, Qazaxıstan, Kanada və İslandiya ilə birlikdə dünyada ən çox kriptovalyuta istehsal edən 7 ölkədən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə