Fransanın Muluz şəhərində müsəlman məzarları dağıdılıb

Fransanın Muluz şəhərində müsəlman məzarları dağıdılıb

TRT-nin məlumatına görə Bələdiyyə sədri Michele Lutz və Fransa İslam Şurası (CFCM) hücumu lənətləyib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türk-İslam Diyanət İşləri Birliyindən (CFCM) yayılan açıqlamada, səlahiyyətlilərə cinayətkarların tutularaq ədalətə təhvil verilməsi haqda çağırış edilib. Təhlükəsizlik qüvvələrinin hadisə ilə əlaqəli lazımlı addımları atacağına əminlik ifadə edilən açıqlamada: “Hər canlının yaşamaq haqqı olduğu kimi, müsəlmanların əbədi istirahətgahı qəbiristanlıqlarda hörmətə layiqdirlər. Vandalizmin bu qədər uzanması təəssüf doğursa da, belə hərəkətlərin Fransanı təmsil etmədiyini bilmək gələcəyə dair ümidvarlıq yaradır”.

Bütün xəbərlər Facebook səhifəmizdə