Gürcüstanın baş naziri NATO-nun baş katibi ilə görüşəcək

Gürcüstanın baş naziri NATO-nun baş katibi ilə görüşəcək

Gürcüstanın baş naziri İrakli Qaribaşvili dekabrın 15-də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

SİA-nın məlumatına görə, bu barədə NATO-nun mətbuat xidməti bildirib.

Görüşdən sonra tərəflər mətbuata açıqlamalar verəcəklər.

NATO-nun baş katibi ilə görüşündən sonra dekabrın 15-də İrakli Qaribaşvili Şərq Tərəfdaşlığı sammitində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə