Belarus sərhəddindəki iraqlılar ölkələrinə qayıdırlar

Belarus sərhəddindəki iraqlılar ölkələrinə qayıdırlar

SİA TRT-nin verdiyi xəbərə istinad edrək bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Səhhaf məlumat verdiyini bildirir.

Belə ki, Əhməd Səhhafın dediyinə görə : “...indiyədək Belarusdan 3556 İraqlını çıxararaq ölkəmizə geri qaytardıq. Pasportunu itirmiş 383 nəfərə də müvəqqəti pasport verdik”.

Xatırladaq ki, Səhhaf 3 gün əvvəl verdiyi açıqlamada 417 iraqlının Belarusdan ölkəyə qaytarıldığını da bildirmişdi.

Qeyd edək ki, ölkələrindəki əlverişsiz həyat şəraiti səbəbiylə çox sayda iraqlı daha yaxşı həyat arzusu ilə Avropaya getmək üçün Belarus sərhəddinə axışmış və neçə aydan bəri sərhədə ağır şərtlər altında gözləyirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə