Bir neçə yüz nəfər COVID pasport əleyhdarı Tbilisidə mitinq keçirib.
SİA xəbər verir ki, etirazçılar əvvəlcə Respublika meydanına toplaşıb, daha sonra hökumət binasına tərəf keçiblər
Nümayişçilər hesab edirlər ki, onların hərəkatı nəticə verir. Çünki məhz bunun nəticəsində respublikanın Səhiyyə Naziri Yekaterina Tikaradze dekabrın 9-da istefa verib.
Etirazçılar vaxtaşırı aksiyalar keçirəcəklərini və hökumət yaşıl COVID pasportları ləğv edənə qədər nümayişləri dayandırmayacaqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB