Estoniya Prezidenti Alar Karis gələn ilin fevralında Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına getməkdən imtina edib.
SİA xəbər verir ki, bu barədə yerli ERR portalı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, dövlət başçısı bu qərarı siyasi səbəblərlə əlaqədar qəbul edib.
Alar Karis özü də “Kanal2” televiziyasına müsahibəsində bildirib ki, siyasi səbəblərdən Çində keçiriləcək Qış Olimpiya Oyunlarına getməyi planlaşdırmır.
Estoniya lideri bu qərarın qonşu ölkələrin liderləri ilə birlikdə qəbul edildiyini vurğulayıb.
Estoniya hökumətinin sözçüsü isə portala bildirib ki, ölkə rəhbərliyindən kiminsə Pekində keçiriləcək Olimpiya Oyunlarına gedəcəyi ilə bağlı məsələ hələ Nazirlər Kabinetində müzakirə olunmayıb. Oxşar bəyanat respublikanın Xarici İşlər Nazirliyi tərəfindən də verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB