Hər üçüncü yoluxmada "omikron" aşkarlanıb

Hər üçüncü yoluxmada "omikron" aşkarlanıb

İndiyə qədər Londonda bütün COVID-19-a yoluxma hadisələrinin üçdə biri "omikron" koronavirus ştamından qaynaqlanır.

SİA xəbər verir ki, bunu ölkənin təhsil naziri Nadhima Zahavi deyib.

Ölkədə artıq bu ştamma yoluxmuş şəxslərin xəstəxanalara yerləşdirilmə hallarıda qeydə alınıb. Dekabrın 12-nə olan məlumata görə, Böyük Britaniyada "omikron" ştammına 3 137 nəfər yoluxub, ölüm halı qeydə alınmayıb.

Peyvəndin iki dozasının omikrondan qorunmaq üçün kifayət etmədiyini bildirən nazir vətəndaşları "buster" doza ilə peyvənd olunmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə