İranın paytaxtı Tehranın Qaleh Morgi küçəsində yerləşən binada partlayış baş verib.
SİA xəbər verir ki, Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Maleki partlayışın yerli vaxtla saat 18:44-də baş verdiyini və bu barədə məlumatdan sonra bölgəyə 3 yanğınsöndürən maşının göndərildiyini bildirib.
“Partlayış binaya, eləcə də ətrafdakı tikililərə və park edilmiş avtomobillərə ziyan vurub”, – Maleki deyib.
İlkin məlumata görə, partlayışa binadakı oksigen balonları səbəb olub. “Dağıntılar altında ağır yaralanan 2 nəfər xilasetmə qrupları tərəfindən çıxarılıb, lakin onlar aparıldıqları xəstəxanada həyatını itirib”, – o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB