Dünyanın ən soyuq kəndində yanğın baş verdi

Dünyanın ən soyuq kəndində yanğın baş verdi

Dünyanın ən soyuq kəndi kimi tanınan Sibirdə Oymyakon yaxınlığında zombi yanğını aşkarlanıb. Zombi yanğınları bəzi hallarda illərlə davam edə bilər. SİA xarici mətbuata istinadən bildirir ki, hazırda temperaturun mənfi 60 dərəcə olduğu kənddə qış atəşi və ya zombi atəşi kimi tanınan alov qar qatının altında yanmağa davam edir.
Bu yanğınlar qatın altındakı donmuş torpaqdan ayrılan metan qazından qaynaqlanıb. Qar qatının ayrıldığı yerlərdə də səthdən aşkar edilə bilər. Fotoqraf Semen Sivtsev səthə çıxmağı bacaran alovları görüntüləyib və onu “İnstaqram” hesabında paylaşıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə