Almaniyanın xarici işlər naziri Annalena Berbok “Şimal axını 2” (“Nord Stream 2”) boru kəməri layihəsi ilə bağlı mövqeyinə görə çıxılmaz vəziyyətdə qalıb.
SİA xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” jurnalı üçün məqaləsində siyasi şərhçi Yohannes Leythoyzer yazıb.
Nəşrin müəllifi qeyd edib ki, “Yaşıllar” partiyasının nümayəndəsi kimi siyasətçi qaz kəmərinin çəkilməsinə qarşı çıxıb.
“Lakin hazırda koalisiyanın nümayəndəsi kimi o, Almaniya Sosial Demokrat Partiyasının tikintisi artıq başa çatmış qaz kəmərindən imtina etməmək barədə irəli sürdüyü təkliflə razılaşmalı olacaq. Bununla belə, o, yalnız jestlərlə qeyd edə bilər ki, Rusiya Ukraynaya qarşı güc tətbiq etsə, boru kəmərinin işləməsi ehtimalı azdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB