Yeni nəsil nüvə sualtı qayıqları istehsal ediləcək

Yeni nəsil nüvə sualtı qayıqları istehsal ediləcək

ABŞ Hərbi Dəniz Qüvvələrinə SSN (X) kod adı olan yeni nəsil nüvə sualtı qayığının yaradılması üzrə tədqiqat və təkmilləşdirmə işlərinin davam etdirilməsi üçün 98 milyon dollar ayrılıb.

SİA xəbər verir ki, bu barədə Konqresin Tədqiqat Xidmətinin hesabatında deyilir.

İlk yeni nəsil SSN (X) nüvə sualtı qayığının 2031-ci maliyyə ilində Virciniya sinifli başqa bir sualtı qayıqla birlikdə alınması gözlənilir. Daha sonra, 2032 və 2033-cü maliyyə illərində Virciniya sinifli sonuncu dörd qayıq, 2034-cü ildə isə iki SSN (X) sualtı qayığı alınacaq.

Otuzillik plana görə, hər il iki və ya üç SSN (X) nüvə sualtı qayığı alınmalıdır. Nəticədə 2048-ci ilə qədər yeni nəsil nüvə sualtı qayıqlarının sayı azı 66 ədədə çatmalıdır. Belə bir sualtı qayığın dəyəri 5,8-6,2 milyard dollar qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə