Hindistan Müdafiə Araşdırmaları və Hazırlamalar Təşkilatı (DRDO) ölkənin Hərbi Hava Qüvvələrinin helikopterindən SANT (Stand-off Anti-Tank) tank əleyhinə raketinin uğurlu sınaq buraxılışını həyata keçirib.
SİA xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Hindistan hökumətinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, sınaqlar Racastxan ştatının Pokharan poliqonunda baş tutub.
Qeyd olunub ki, silah 10 km-ə qədər məsafədəki hədəfləri məhv edə bilir.
Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, sınaqlar zamanı bütün tapşırıqlar tam yerinə yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB