COVID-19-a qarşı tam peyvənd olunanlar İNSANLARIN 80 %-DƏN ÇOXUNU TƏŞKİL EDİR
Çin sakinlərinin 82,5%-i koronavirus infeksiyasına qarşı tam peyvənd olunub. SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsinin Xəstəliklərə Nəzarət Departamentinin rəis müavini Vu Lianyu şənbə günü keçirdiyi mətbuat konfransında bəyan edib.
“Dekabrın 10-na Çində 1 162 490 000 nəfər COVID-19-a qarşı tam peyvənd olunub, peyvənd olunmuş əhalinin xüsusi çəkisi 82,5%-ə çatıb”, deyə Vu Lianyu bildirib.
Eyni zamanda o, əlavə edib ki, 120 milyon 580 min ölkə sakini vaksinin gücləndirici dozasını da alıb. Eyni zamanda qeyd edib ki, rəsmi şəxs bu və ya digər vaksinlə neçə ölkə sakininin peyvənd olunduğunu dəqiqləşdirməyib.
Çinin tənəffüs xəstəlikləri üzrə aparıcı mütəxəssisi Zhonq Nınşan daha əvvəl bildirmişdi ki, ÇXR ilin sonuna qədər əhalinin 80%-ni koronavirusa qarşı peyvənd etməyi planlaşdırır. Son siyahıyaalmaya görə, materik Çində 1,4 milyarddan çox insan yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB