Fırtına texnologiya nəhəngi Amazon-un anbarını dağıdıb

Fırtına texnologiya nəhəngi Amazon-un anbarını dağıdıb

ABŞ-ın İllinoys ştatında şiddətli fırtınada Amazon texnologiya şirkətinə məxsus anbarın damının uçması nəticəsində xəsarət alanların olduğu bildirilib. SİA xarici mətbuata istinadən bildirir ki, İllinoys Arkanzas, Tennessi və Missuri də daxil olmaqla, ABŞ-ın bir çox ştatlarında qasırğa davam edir.

İllinoys ştatında şiddətli fırtınada Edwardsville bölgəsində texnologiya nəhəngi Amazona aid bir anbarın damı qismən çöküb.

Hadisə yerinə polis və təcili xidmət qrupları göndərilərkən, çökmə zamanı içəridə 100-ə yaxın işçinin olduğu bildirilib. Fövqəladə Hallar Xidmətinin əməkdaşları xəsarət alanların olduğunu bildirsələr də, hələlik tam rəqəm açıqlanmayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə