Qadının çantasından rəfiqəsinin 6 aylıq oğlunun meyiti tapılıb

Qadının çantasından rəfiqəsinin 6 aylıq oğlunun meyiti tapılıb

Tuvada qadın rəfiqəsinin 6 aylıq oğlunu öldürməkdə şübhəli bilinir. SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, dekabrın 10-da Tes-Xem rayonundan olan körpənin anası oğlunun itdiyini bildirib. Müstəntiqlər qətl maddəsi ilə cinayət işi açıb, körpənin axtarışı təşkil edilib. Nəticədə qadının 48 yaşlı rəfiqəsinin evinin yaxınlığında idman çantasında zorakılıqla ölüm əlamətləri olan uşaq meyiti tapılıb.

İstintaqın məlumatına əsasən, qadınlar bu evdə birlikdə spirtli içki qəbul ediblər, bundan sonra ana oğlunu rəfiqəsinə qoyub gedib. Qayıdanda isə oğlanı tapmayıb və hüquq-mühafizə orqanlarına müraciət edib. Şübhəli şəxs saxlanılıb. İstintaq həm də ananın və qəyyumluq orqanlarının hərəkətlərinə hüquqi qiymət verəcək.

Prokurorluq işin istintaqını nəzarətə götürüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə