Pandemiyadan ölənlərin sayı 7 788-ə yüksəlib - ERMƏNİSTANDA

Pandemiyadan ölənlərin sayı 7 788-ə yüksəlib - ERMƏNİSTANDA

Ermənistanda son sutkada daha 290 nəfərdə COVID-19 aşkarlanıb. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 342 405-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 21 nəfər artaraq 7 788-ə yüksəlib.

İndiyədək 324 834 pasiyent infeksiyadan sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə