Cümə günü, dekabrın 10-da Kabildə gurultulu partlayışlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. SİA xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yaylb.
Kabilin qərb hissəsində baş verən iki partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Bu barədə Aamaj News Taliban hərəkatının Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən məlumat yayıb.
“Bu gün günortadan sonra Kabilin altıncı polis bölgəsindəki Daşte Barçi bölgəsində baş verən ilk partlayışda iki mülki şəxs həlak olub, üç nəfər yaralanıb. Bu sözləri Taliban Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin rəhbəri Səid Xosti deyib.
Onun sözlərinə görə, ikinci partlayış nəticəsində bir qadın xəsarət alıb. Hücum Əfqanıstan paytaxtının qərb hissəsində də yerləşən Polye Surx bölgəsində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB