Daha 3 542 nəfər COVID-19-a yoluxub - GÜRCÜSTANDA

Daha 3 542 nəfər COVID-19-a yoluxub - GÜRCÜSTANDA

Gürcüstanda son sutka ərzində daha 3 542 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 64 pasiyent vəfat edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 886 364 nəfərdə aşkarlanıb, onların 12 695-i dünyasını dəyişib.

Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 2 234 nəfər artaraq 827 676 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə