Bütün ölkələrin liderləri onun yerində olmaq istəyirlər BAYDEN BƏYAN EDİB
İstənilən dövlətin lideri, o cümlədən Rusiya və Çin ABŞ prezidenti ilə yerini dəyişdirmək istəyər. SİA xəbər verir ki, bu fikri Ağ Evin rəhbəri Co Bayden aparıcı Cimmi Fallona müsahibəsində "The Tonight Show starring Cimmy Fallon" adlı axşam şousu zamanı deyib.
Baydenin NBC telekanalının məşhur şousuna qatılacağı isə bir gün əvvəl məlum olub.
"Ölkəmizə nikbin baxıram. Çin və Rusiya liderlərindən tutmuş hər kəsə qədər mənimlə yerini dəyişmək istəməyən bir dünya lideri tanımıram", dedi Bayden bəyan edib.
Prezident fikrini onunla izah edib ki, ABŞ-da başqa ölkələrlə müqayisədə “daha çox imkanlar var, elm və texnologiya daha yaxşı inkişaf edib”.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB