Fövqəladə hadisədən sonra iki nəfər xəstəxanada qalır

Fövqəladə hadisədən sonra iki nəfər xəstəxanada qalır

Kemerovo vilayətindəki Listvyajnaya mədənində baş vermiş qəzadan sonra iki nəfər xəstəxanalarda qalır. SİA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Sergey Tsivilev Telegram-kanalında məlumat verib.

Onun sözlərinə görə, xilasedicinin vəziyyəti orta ağırdır, şaxtaçının vəziyyəti isə yüngül qiymətləndirilir.
Kuzbass rəhbəri aydınlaşdırıb ki, öldüyü ehtimal edilən daha bir şaxtaçının yeri hələlik məlum deyil.

"81 xəstə, 34 mədənçi, 47 xilasedici ambulator müalicə alır. Gün ərzində 7 nəfər, hesabat dövrünün əvvəlindən isə 23 xəstə, 12 şaxtaçı, 11 xilasedici müşahidədən kənarlaşdırılıb", deyə məlumatda bildirilir.

Xatırladaq ki, Kuzbassın Belovski rayonundakı Listvyajnaya mədənində tüstülənmə noyabrın 25-də səhər saatlarında baş verib. Buna səbəb metanın partlaması olub. Hadisə zamanı mədəndə 285 şaxtaçı olub. Nəticədə hadisə yerində işləyən 5 xilasedici də daxil olmaqla 51 nəfər həlak olub. Ölənlərdən 50 nəfərinin cəsədi səthə qaldırılıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır, cinayət işləri başlanıb. Məlumdur ki, mədənçilər dəfələrlə metanın təhlükəli konsentrasiyası ilə bağlı şikayət ediblər, lakin onlar işləməyə məcbur olublar. İş üzrə təqsirləndirilən şəxslər beş nəfərdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə