“Yunanıstan və Türkiyə arasında toqquşmalar olmayacaq” DMİTRİ PESKOV

“Yunanıstan və Türkiyə arasında toqquşmalar olmayacaq” DMİTRİ PESKOV

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Yunanıstan və Türkiyənin bütün problemləri sülh yolu ilə həll edəcəyinə ümid etdiyini bildirib. SİA xəbər verir ki, o, bu sözləri Yunanıstanın “ANT1” telekanalına müsahibəsində söyləyib.

Jurnalist Yunanıstanla Türkiyə arasında Egey dənizində toqquşma olacağı təqdirdə Rusiya tərəfinin kimə dəstək verəcəyini soruşub.

"Egey və Aralıq dənizində görmək istədiyimiz son şey münaqişəyə yaxın olmaqdır", deyə Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, Rusiya 2020-ci ilin avqustunda iki ölkənin gəmilərinin toqquşması zamanı çox narahat olub. Onun sözlərinə görə, Rusiya gələcəkdə belə məqamların təkrarlanmasının qarşısını almaq istərdi.

Xatırladaq ki, ötən il Türkiyə Yunanıstan tərəfinin özünün müstəsna iqtisadi zonası hesab etdiyi ərazidə Şərqi Aralıq dənizində neft və qaz yataqlarında seysmik kəşfiyyat işlərinə başlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə