Türkiyə Ukrayna naminə Rusiya ilə döyüşməyəcək “BLOOMBERG” YAZIR

Türkiyə Ukrayna naminə Rusiya ilə döyüşməyəcək “BLOOMBERG” YAZIR

Rusiya və Ukraynanın iştirakı ilə hərbi əməliyyatların başlanması ssenarisində Türkiyə Kiyevin tərəfində Moskva ilə münaqişəyə girməkdə maraqlı deyil. SİA xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan rəsmiyə istinadən yazır.

Qeyd olunur ki, bu, hətta Ankaranın NATO-ya üzvlüyü və Ukrayna tərəfi ilə Bayraktar TB2 pilotsuz uçan aparatlarının satışı şəklində hərbi əməkdaşlığın gücləndirilməsi nəzərə alınsa belə baş verməyəcək.

“Türkiyə Ukraynadakı addımlarını Vaşinqtonla əlaqələndirmir, ancaq öz maraqlarını qorumaq üçün müstəqil hərəkət edir”, deyə mənbə izah edib.

Agentliyin həmsöhbəti vurğulayıb ki, Türkiyənin Rusiya ilə hərbi qarşıdurma qurmaq istəməməsi prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasətini əks etdirir.

Xatırladaq ki, Rusiya dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edərək, heç kimə hücum etmək fikrində olmadığını vurğulayıb. Moskva hesab edir ki, “Rusiya təcavüzü” ilə bağlı bəyanatlar Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bəhanə kimi istifadə olunur. Xarici İşlər Nazirliyi bir müddət əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etmək üçün kömək etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə