ABŞ prezidenti Co Bayden Almaniyanın yeni kansleri Olaf Şolzla ilk söhbəti zamanı Ukrayna ətrafındakı vəziyyətə cavab vermək üçün yaxından işləmək fürsətini gözlədiyini bildirib. SİA xəbər verir ki, bu barədə Bayden Twitter-də yazıb.
"Mən Almaniya kansleri Olaf Şolzla danışıb, onu təyinatı münasibətilə təbrik etdim. Mən qlobal çağırışların bütün siyahısı, o cümlədən Rusiyanın Ukrayna sərhədində sabitliyi pozan hərbi məsələlərinə cavab vermək üçün transatlantik səylər üzərində yaxından işləməyi səbirsizliklə gözləyirəm dedim", deyə Bayden Twitter-də qeyd edib .
Xatırladaq ki, Rusiya dəfələrlə Qərbin və Ukraynanın “təcavüzkar hərəkətləri” ilə bağlı ittihamlarını rədd edərək, heç kəsi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bəyan edib və qeyd olunub ki, “Rusiyanın təcavüzü” ilə bağlı bəyanatlar yaxınlarda daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bəhanə kimi istifadə olunur. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd etmişdi ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməyə kömək etmək imkanı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB