Argentinanın Buenos-Ayres əyalətinin Miramar şəhərində 16 yaşlı Lusiano Oliverin polis zabiti tərəfindən güllələnməsindən sonra etirazlar başlayıb.
SİA xəbər verir ki, şəhər sakinləri küçələrdən birinə toplaşaraq hadisənin hərtərəfli araşdırılmasını və Buenos-Ayres polis məmuruna qarşı ədalətin bərqərar olmasını tələb ediblər.
Aksiya dinc şəkildə başlayıb, sakinlər, o cümlədən qətlə yetirilən yeniyetmənin dostları, qohumları və tanışları alqışlarla ictimaiyyəti və dövlət qurumlarını hadisəyə diqqət yetirməyə çağırıblar.
Lakin daha sonra etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına, eləcə də polis bölməsinin binasına daş atmağa baışlayıblar. Polis kütləni rezin güllələr və gözyaşardıcı qazla dağıtmağa çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB