Blinken İsrailin xarici işlər naziri ilə İranı müzakirə ediblər

Blinken İsrailin xarici işlər naziri ilə İranı müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken İsrailin xarici işlər naziri Yair Lapid ilə telefon danışığında ikitərəfli əlaqələr, Fələstin-İsrail nizamlanması və İranla bağlı vəziyyəti müzakirə edib.

SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Tərəflər arasında bir sıra mövzular, o cümlədən ABŞ-İsrail arasında ikitərəfli münasibətlərin əhəmiyyəti, Fələstin-İsrail məsələləri və regionda baş verən hadisələr, o cümlədən İranın nüvə silahı əldə etməsinə icazə verilməməsi ilə bağlı ümumi qənaətimiz müzakirə edilib”, deyə məlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə