ABŞ-ın Türkiyədəki yeni səfirinin and içməsi baş tutub

ABŞ-ın Türkiyədəki yeni səfirinin and içməsi baş tutub

ABŞ-ın vitse-prezidenti Kamala Harris cümə günü ABŞ-ın Türkiyədəki yeni səfiri Ceff Fleykin dövlətə sədaqət andını qəbul edib.

SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, mərasim Ağ Ev kompleksinin bir hissəsi olan Eyzenhauer adına inzibati binada baş tutub.

Fleyk 2013-2019-cu illərdə ABŞ Senatının üzvü olub, Konqresin Yuxarı Palatasında Arizona ştatını təmsil edib. O, Birləşmiş Ştatların Respublikaçılar Partiyasının üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə